“Fahişəlik yaxşı gəlir gətirir.Sözün əsl mənasında canımı satıram. .”-Tehranlı seks işçisi

2022-04-28 19:50:00

“Fahişəlik yaxşı gəlir gətirir.Sözün əsl mənasında canımı satıram. .”-Tehranlı seks işçisi

İranda getdikcə artan yüksək yaşayış bahalığı qarşısında dolanışıqlarını təmin etmək üçün seks işinə müraciət edənlərin sayı artıb.

Tehranda boşanmış qadın kimi yaşayan Neda deyir,etdiklərimdən utanıram, amma başqa seçimim varmı?  Gündüzləri bərbər işləyən Neda, gecələr çörək pulu qazanmaq üçün ikinci işə düzəlir və seks üçün bədənini satmaq məcburiyyətində qalır.

“Mən qadınlara hörmət olunmayan, iqtisadiyyatın çökdüyü və hər şeyin qiymətinin demək olar ki, hər gün artdığı bir ölkədə yaşayıram.Mən tək anayam. Oğluma qulluq etməliyəm. Fahişəlik yaxşı gəlir verir. Şəhərin mərkəzində kiçik bir ev almağı planlaşdırıram. Bu, həyatımın acı həqiqətidir. Sözün əsl mənasında canımı satıram. .”

2012-ci ildə İran fahişəliklə mübarizə üzrə milli proqram elan edib. Bununla belə, qeyri-hökumət təşkilatları (QHT) və tədqiqatçıların qeyri-rəsmi hesabatlarına görə, seks sənayesində çalışanların sayı getdikcə artıb.

Qeyri-rəsmi məlumatlar da İranda seks işçilərinin yaşının getdikcə azaldığını göstərir. Müxtəlif QHT-lərin statistikası 2016-cı ildə 12 yaşlı qızların fahişəliyə cəlb edildiyini göstərir. 

 

Mənbə:7times.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya