Faciənin dəhşətli miqyası! Ukraynada tək bir binanın altından 200 cənazə çıxarıldı

2022-05-25 20:07:00

Faciənin dəhşətli miqyası! Ukraynada tək bir binanın altından 200 cənazə çıxarıldı

Hurriyyet.az Haber Qlobal kanalına istinadla xəbər verir ki, Ukraynanın Mariupol şəhərindəki bir binanın dağıntılarını qazan işçilər zirzəmidən 200 nəfərin cansız bədənini aşkar ediblər. Küçədən kəskin qoxu gəldiyi və zirzəmidəki bədənlərin çürüməyə başladığı bildirilir.

Hadisə Rusiyanın törətdiyi ən qanlı hücumlardan biri kimi tarixə düşmüş olub.

Azov dənizinin sahilində yerləşən Mariupol şəhəri 3 ay  mühasirədə qaldıqdan sonra bu günlərdə Rusiya tərəfindən ələ keçirilib. Ağır bombardman nəticəsində yerlə bir olan şəhərdə ən sonda polad zavodunda müqavimət göstərən ukraynalı əsgərlər təslim olublar.

Müharibədən əvvəl 450 min nəfərə qədər sakini olan şəhərdə 100 min nəfərin qaldığı güman edilir. Mühasirə altında qalan sakinlər aclıq, susuzluq, elektrik və qaz təminatının olmamasından əziyyət çəkiblər. Ukrayna rəsmiləri mühasirə dövründə ən azı 21 min nəfərin həlak olduğunu güman edirlər. Onlar bildirirlər ki, Rusiya tərəfi qətliamı ört-basdır etmək üçün nəşləri cənazə maşınlarına yükləyib aparır, yaxud da kütləvi məzarlarda basdırır.

Həmçinin, Mariupoldakı teatr binasının bombalanması zamanı ən azı 300 nəfərin öldüyü bildirilir.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya