Əzizağa Quliyev vəfat etdi
2025-04-08 23:41:29

Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib.
Bu barədə Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov sosial şəbəkədəki hesabında bildirib.
"Əzizağa Quliyev Azərbaycan səhnə danışığının inkişafında çox böyük işlər görüb. Onlarla sənət adamının, aktyor və rejissorun yetişməsində əvəzsiz rol oynayıb", - M.Hətəmov yazıb.
Qeyd edək ki, Əzizağa Quliyev teatr sahəsində bir çox metodoloji vəsaitin müəllifidir. \\Kult.Az
