Saat:08:10
Haqqımızda

Əyyub Türkayın “Balaca qəhrəmanlarım” adlı yeni kitabı - FOTO

2024-02-05 12:51:57

Əyyub Türkayın “Balaca qəhrəmanlarım” adlı yeni kitabı - FOTO

Lənkərandan olan şair,  Azərbaycan Jurnalistlər Birliyinin  üzvü, “Qızıl  qələm” mükafatı laureatı   Əyyub TÜRKAYIN  “Balaca qəhrəmanlarım” adlı yeni kitabı nəfis tərtibatda   işıq üzü  görüb. 

Kitab məktəb və hazırlıq qruplarında, bağçada, ibtidai sinifdə təhsil alan uşaqlar üçün nəzərdə tutulub. Burada müxtəlif mövzularda uşaq şerlərinə, təmsillərə, tapmacalara, həmçinin nağıl və hekayələrə də rast gəlmək olar. Kitabdakı bəzi şerlər isə  uşaqların vətənpərvərlik ruhunda  böyüməsinə  yönəlib.

Yeni nəşr  balacalar üçün yazıb-yaratmaqdan doymayan Əyyub müəllimin “Uşaq hədiyyəsi çələngi” və “Sovqat” dan sonra 3-cü kitabıdır. Onun əvvəlki  kitabları balaca oxucularda böyük maraq  səbəb olub. “Balaca qəhrəmanlarım” adlı yeni kitabını da oxumağa dəyər.

 Zəfər  ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.170399