Saat:06:28
Haqqımızda

Eynulla Fətullayev hüquq-mühafizə orqanları qarşısında ŞƏRT QOYDU - jurnalistikadan gedə bilər...

2022-08-15 13:54:00

Eynulla Fətullayev hüquq-mühafizə orqanları qarşısında ŞƏRT QOYDU - jurnalistikadan gedə bilər...

“Haqqın.az” saytının rəhbəri, tanınmış jurnalist Eynulla Fətullayev deputat Sevinc Fətəliyevanın müfadiəsinə qalxıb.

Hurriyyet.az
-ın Modern.az-a istinadən məlumatına görə, E.Fətullayev deyib ki, deputata qarşı Facebook sosial şəbəkəsində aparılan kampaniyanın günahkarları tapılıb cəzalandırılmasa, jurnalistikadan gedə bilər.

“Hüquq-mühafizə orqanları deputat Sevinc Fətəliyevaya qarşı baş vermiş cinayətin üstünü açmasalar Facebook profilimi bağlayacam... Hətta jurnalistikadan getmək haqqında da düşünəcəm. Çünki üstümüzə böyük mənəvi terror gəlir... Gözləyək görək…”, - deyə E.Fətullayev yazıb.

Xatırladaq ki, bir neçə gündür Facebook-da deputat Sevinc Fətəliyevanın adından diqqəgtçəkən bir sitat paylaşılır. Sitatda deyilir: "Bəzən sosial şəbəkələrdə deputatlara qarşı elə fikirlər səslənir ki, utandığımdan 2-3 gün evə getməyib oteldə qalıram".

Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından yayılan fikirləri təkzib edərək, belə bir ifadə səsləndirmədiyini bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR