Eyni ssenaridir: Rusiya bizə də bu cür hücum etdi

2022-04-26 11:14:00

Eyni ssenaridir: Rusiya bizə də bu cür hücum etdi

Rusiya Ukraynanı bir vaxtlar Çeçenistan müharibəsini başlatdığı bəhanə ilə işğal edir. Orda da nasizmlə mübarizə bəhanəsi var idi. Əslində, hazırda Ukraynada baş verənlər çeçen ssenarisidir.

Hurriyyet.az xəbər verir ki, bunu İçkeriya Respublikasının keçmiş prezidentinin oğlu Anzor Masxadov deyib.

“Respublikamızda normal yaşayırdıq. Onlar gələnə qədər hər şey sakit idi. Ruslar bu müharibəyə başladılar. Cövhər Dudayev o vaxt bizə lazım olan, bizim və başqa xalqların hörmət etdiyi lider idi. Biz suverenliyi elan etdik. 1997-ci ildə müxtəlif ölkələrdən müşahidəçilərin olduğu seçki keçirdik. Orada Yeltsinlə atam arasında sülh müqaviləsi bağlandı. Rusiya rəsmiləri Çeçenistan İçkeriya Respublikasında keçirilən prezident seçkisindəki qələbə münasibətilə bizi təbrik etdilər. Bütün rəsmi sənədlərdə belə yazılıb: “İçkeriya Çeçenistan Respublikası”, - deyə Masxadov bildirib.

Onun sözlərinə görə, İkinci Çeçen müharibəsi hələ 1996-cı ildə planlaşdırılıb:

“Atamın dediyi kimi, İkinci Çeçen müharibəsi hələ 1996-cı ildə planlaşdırılırdı. Bizi terrorda ittiham etdilər. Bəli, qətllər və adam oğurluğu faktları olub, amma bunun arxasında kim dayanıb? Mən ad və soyad verə bilərəm. Bu adamlar bu gün Kadırovun yanında işləyirlər. Bizi, İçkeriyanı öz əlləri ilə ləkələməyə çalışıblar”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya