Eyni köynək, eyni ünvan, eyni oğru... - Video

2022-06-11 16:50:00

Eyni köynək, eyni ünvan, eyni oğru... - Video

Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda yerləşən 4 evdən 113 min manatlıq qızıl-zinət əşyaları və pul vəsaitləri oğurlayan Niyaməddin Əliyev saxlanılıb.

“Qafqazinfo” saxlanılan şəxslə bağlı maraqlı məlumatlar əldə edib.

Hurriyyet.az xəbər verir ki, N.Əliyev 2018-ci ildə də eyni rayon ərazisində yerləşən mənzillərdən silsilə oğurluqlar edib.

Hadisənin maraqlı tərəfi ondan ibarətdir ki, adıçəkilən şəxs 4 il öncə olduğu kimi, bu dəfə də saxlanılarkən eyni köynəkdə olub. Bu da sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Niyaməddin Əliyev 2018-ci ildə saxlanılarkən

Niyaməddin Əliyev 2022-ci ildə saxlanılarkən

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya