“Eynəklərini çıxarıb, kor gözləri ilə baxsınlar” – Partiya sədrindən Nazirliyə SƏRT İTTİHAMLAR

2022-06-09 11:21:00

“Eynəklərini çıxarıb, kor gözləri ilə baxsınlar” – Partiya sədrindən Nazirliyə SƏRT İTTİHAMLAR

Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yaradılan qanunsuz özəl parkinqin sökülməsi tamamlanıb.

Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında səki tam bərpa edilib. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Bu isə haqlı olaraq belə bir sualı aktuallaşdırır: Bu kimi məsələlər də ölkə başçısının tapşırığı ilə həll olunacaqsa, aidiyyatı qurumlar niyə mövcuddur?

Hurriyyet.az xəbər verir ki, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev Gündəm.az-a bildirib ki, bu kimi məsələlərin həlli müvafiq icra hakimiyyətlərinin səlahiyyətində deyil:

“Əgər hər işə Prezident baxacaqsa, bu qədər qurumu saxlamağın nə mənası var. Hər halda bu məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət etməli idi. Ancaq görünən odur ki, Ekologiya və Təbii Sərvətlət Nazirliyinin işi ancaq pul yığmaqdır. Başqa nə ilə məşğul olduqları bəlli deyil. Rayon İcra Hakimiyyətlərinin elə böyük səlahiyyətləri yoxdur. İcazəni Ekologiya Nazirliyi veribsə, onlar “yox” deyə bilməz”.

Partiya sədri bildirib ki, cənab Prezident hər bir halda bu barədə qəti tədbir görəcək:

“Baş verənlərə görə cərimələnən qurum isə bələdiyyə oldu. Bələdiyyə də gərək ayağını yorğanına görə uzatsın. Bələdiyyələr gözlərini yumub “bu torpağı sizə veririk” deyirlər. Yaxın günlərdə İcra Hakimiyyətlərinin ləğvi ilə bağlı təlimat olacaq. Belə olan halda hər şey öz həllini tapacaq. Eynəkləri varsa, çıxarıb kor gözləri ilə baş verənlərə baxsınlar. Cənab Prezident hər məsələ ilə maraqlana bilməz. Prezidentin qarşısında həlli vacib daha böyük problemlər var”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya