Əyləci partlayan yük maşını 22 avtomobili əzdi – 44 yaralı

2022-09-10 23:08:00

Əyləci partlayan yük maşını 22 avtomobili əzdi – 44 yaralı

Meksikanın Queretaro şəhəri yaxınlığında şossedə əyləci partlayan yük maşını 22 avtomobilə çırpılıb.

Yük maşınının 22 avtomobili əzməsi nəticəsində 44 nəfər xəsarət alıb, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinə çox sayda ilkin tibbi yardım və polis qrupları göndərilib.

Qəza şahidləri qəza törədən yük maşını sürücüsünün qəzadan sonra qaçmağa çalışdığını, lakin polis tərəfindən tutularaq saxlanıldığını bildirib. \\Manşet


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057786