Azərbaycanın Böyük Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Londonun Çeşir bölgəsidə reabilitasiya klinikasının 3 qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.
Hurriyyet.az xəbər verir ki, hadisənin 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikada müalicə olunduğu zaman baş verdiyi iddia olunur.
Müdafiə tərəfdən çıxış edən Devid Temkin bildirib ki, həbs cəzası İbrahimovun ailəsinə, xüsusilə də paytaxtda (London) geyim şirkətinin baş icraçı direktoru vəzifəsində çalışan qızına ciddi təsir göstərə bilər.
Cənab Temkin deyib: "O, nəvələrinə baxmaq məsuliyyətini öz üzərinə götürür ki, qızı baş icraçı direktor kimi peşəkar vəzifələrini yerinə yetirə bilsin. Bu rolu öz üzərinə götürə biləcək başqa heç kim yoxdur".
Hakim Patrik Tompson onun hərəkətlərini "əxlaqsız" və "ədəbsiz" adlandırsa da, demək olar ki, 60 yaşında və əvvəllər heç bir məhkumluğu olmayan bir şəxs üçün bunun xarakterik olmadığını bildirib.
Məhkəmə İbrahimovu 16 ay şərti cəza ilə iki il sınaq müddəti, 20 günlük reabilitasiya proqramı və 200 saat ictimai işlə cəzalandırıb. O, 10 il müddətinə cinsi cinayətkarlar siyahısına daxil ediləcək.
Rafael İbrahimovla bağlı bu qalmaqaldan sonra onun personasına marağın yaranması təbiidir.
BDU-nun Şərqşünaslıq fakültəsini ərəbşünaslıq və ərəb ədəbiyyatı ixtisası üzrə bitirmiş eks-diplomatın uzun karyerası var: Yəmən və Əlcəzairdə tərcüməçi işi, 2001-2007-cvi illərdəAzərbaycanın Böyük Britaniyada, 2002-2013) Norveçdə, 2008-2013-cü illərdə Finlandiyada və İsveçdəki səfiri və s.
O, Qlobal Dəyişikliklər üzrə Tony Blair İnstitutunun məsləhətçisi vəzifəsində işləyib.
Rafael İbrahimov 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmayaraq, Britaniyada qalıb və o zamandan etibarən Londonda yaşayır.
Eks-diplomat "Sellier Knightsbridge"də əməliyyat direktoru olub. Oğlu Ayaz Rafael İbrahimov da eyni zərgərlik şirkətində çalışır.
O, ögey bacısı Hannuşka Toni ilə birlikdə "Kings College"də hüquq fakültəsini bitirib. (Yenisabah.az)