Saat:19:04
Haqqımızda

Əxlaqsız saytlara giriş bloklandı

2025-06-25 14:25:30

Əxlaqsız saytlara giriş bloklandı

Qırğızıstanda əxlaqsız saytlara girişin qadağan olunması üçün qanun layihəsi qəbul edilib.

Hurriyyet.az xəbər verir ki, Qırğızıstan parlamenti internetdə əxlaqsız məzmunlu saytlara girişin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Yeni qanun layihəsi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinin qorunmasını əsaslandırma kimi göstərir. Layihəyə əsasən, əxlaqsız materialların internetdə yayılması, ötürülməsi və reklamı qadağan edilir. Bu qaydaları pozan şəxsləri 3 ildən 5 ilə qədər həbs cəzası gözləyə bilər.

Qanunun qüvvəyə minməsi üçün növbəti oxunuşlardan keçməsi, təsdiqlənməsi və prezidentin imzası tələb olunur. Qanun qəbul olunarsa, ölkədə bütün əxlaqsız saytlara giriş rəsmi olaraq bloklanacaq.

Konkret.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.193928