Əvvəllər Türkiyəyə silah satmırdılar, indi Türkiyə silahları üçün növbə gözləyirlər

2022-06-04 14:44:00

Əvvəllər Türkiyəyə silah satmırdılar, indi Türkiyə silahları üçün növbə gözləyirlər

20 ildə qət edilən məsafə

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının iclasında yerli müdafiə sənayesinin inkişafındakı fəal addımlardan sanışıb.

Ərdoğan qeyd edib ki, son 20 il ərzində Türkiyənin müdafiə sahəsində yerli məhsulların payı 20 faizdən 80 faizə qalxıb.

Ərdoğan deyib: “Əgər əvvəllər Qərb istədiyi zaman Türkiyəyə hərbi sənaye məhsulları verməkdən imtina edirdisə, indi biz özümüz müdafiə sənayesində yeni məhsulları Qərbə ixrac edirik. Türkiyə müdafiə məhsullarının satın alınması üçün xaricdən tez-tez müraciətlər alan ölkəyə çevrilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya