"Əvvəllər məhkum edilmiş" fəlakəti... - RAZİ ABASBƏYLİ YAZIR

2023-02-17 11:33:00

Hər gün cinayət hadisələrinə dair informasiyalarla işləyirəm. Statistik məlumatlarda bir məqam diqqətimi çəkir - "əvvəllər məhkum olunmuş" ifadəsi demək olar ki, əksər cinayət hadisələrinin iştirakçılarına şamil olunur. Bu o deməkdir ki, həbsdə olmuş şəxslər daha çox təkrar cinayət törədirlər. Bu faciədir əslində.

İslah müəssisələrində təlim-tərbiyə, sağlamlıq, sənət və ya sənətşünaslıq, peşə və məşğulluq istiqamətində aparılan işlər nəinki yetərli deyil, ümumiyyətlə yox həddindədir. Hər halda Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, İdman Nazirliyi və sair qurumların da insanların islah olunmasına, daha sağlam vətəndaş olaraq cəmiyyət üçün tərbiyə edilməsində iştirakına ehtiyac var. Bir dövlət proqramı olsa yaxşı olar. Bəlkə də var. Amma fakt odur ki, işləmir.

İslah müəssislərinin qapıları arxadan qıfıllanıb və vətəndaşı islah etmək üçün mədəni, elmi, tərbiyə funksionallığı olan qurumlar ora daxil ola bilmirlər. Bilmirəm doğrumu düşünürəm.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000086