Saat:15:46
Haqqımızda

“Əvvəcə gödəniyyət, sonra mədəniyyət!” – SABİQ DEPUTAT POLAD BÜLBÜOLUĞLUNU “YIXIB-SÜRÜDÜ”

2025-11-20 14:09:39

“Əvvəcə gödəniyyət, sonra mədəniyyət!” – SABİQ DEPUTAT POLAD BÜLBÜOLUĞLUNU “YIXIB-SÜRÜDÜ”

Sabiq deputat Etibar Əliyev özünün “Facebook” profilində bəzi sabiq məmurları, o cümlədən Azərbaycanın Rusiyadakı sabiq sədiri Polad Bülbüloğlunu sərt şəkildə tənqid edib. Mövzunun aktuallığını nəzərə alıb, onun yazısını olduğu kimi dərc edirik:

“Əvvəcə gödəniyyət, sonra mədəniyyət!

Son günlər Mədəniyyət Nazirliyinin fəaliyyəti kəskin tənqid olunur. Mədəniyyət sahəsində saysız-hesabsız problemləri kim yaradıb? Əlbəttə ki, Polad Bülbüloğlu və Əbülfəz Qarayev. Əli Həsənov ət işi ilə məşğul olan kirvəsini "Azərkitab"a rəhbər təyin etdirdikdən  sonra bu barbarın əli ilə kitab mağazaları ləğv olundu. Sovetlərdən qalma böyük kitab mağazalarının yerləri satıldı. Əbülfəz Qarayev Ümummulli liderimiz Heydər Əliyevin yaratdığı Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunun yerini satdı, İndi onun yerində "Kimyəvi təmizləmə" fəaliyyət göstərir. 

“Azərxalça” ASC"-nin keçmiş rəhbəri Vidadi Muradov oranı korrupsiya məkanına çevirdi. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun barbarlığı mədəniyyətə böyük zərbə vurdu.  Kinoteatrların nəhəng məkanları satıldı. Bütün bunları yerinə qaytarmaq çox çətindir.

Adil Kərimliyə isə göz açmağa imkan vermirlər. Müğənni tayfası qabağa düşüb. Bütün müğənilər Mədəniyyət nazirliyinin düzənlədiyi tədbirlərə dəvət olunsa Tofiq Bəhramov adına stadionda belə yer qalmaz.

Mədəniyyət son dərəcə əhəmiyyətli əlamət və cəhətləri ilə seçilən bir sahədir. Mədəniyyətin məqsədi milli özünəməxsusluq və orijinallıq, təkrarolunmazlıq və unikallıq (nadirlik), dəyişkənlik və yenilik, tənqidi və yaradıcılıq başlanğıcları, özlüyündə dəyərlilik, yüksək ideallara can atmaqdır və s.

Bizdə kimsə özünü yaxşı aparmayanda deyirik ki, "mədəniyyətin olsun. "Təhsilin olsun" demirik.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az