Evsiz gənc ailələrə ŞAD XƏBƏR - VİDEO

2023-01-18 00:08:00

Evsiz gənc ailələrə ŞAD XƏBƏR - VİDEO

Mənzil bazarında getdikcə qiymət artımlarının olduğu bir vaxtda, ipoteka krediti hedabına ev alanların sayında ən yüksək artım qeydə alınıb.

Hurriyyet.Az Xəzər TV-yə istinadən xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev deyib ki, ötən il ərzində müvəkkil banklar tərəfindən 421,5 mln. manat həcmində 5522 ipoteka krediti verilib.

Onlar arasında 315,2 mln. manat məbləğində 3 min 940 adi ipoteka krediti və 106,3 mln. manat məbləğində isə 1582 güzəştli ipoteka krediti verilib.

Rasim Abdullayev açıqlayıb ki, 2006-2022-ci illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 70%-ə yaxınını gənclər və gənc ailələr təşkil edib. Bununla yanaşı, bu kreditlərin təqribən 22%-i regionlarda verilib.

Rasim Abdullayev bildirib ki, bu ilin dövlət büdcəsində güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə 87,7 mln. manat vəsait ayrılıb.

Məsələ burasındadır ki, mənzil bazarında qiymətlər getdikcə artır. Bəs verilən kreditin maksimal məbləğlərinin artırılması gözlənilirmi? Fondun rəsmisi bu suala aydınlıq gətirib.

Qeyd edək ki, hazırda Fondun vəsaiti hesabına verilən adi ipoteka kreditlərinin maksimal məbləği 150 min manat, güzəştli ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat təşkil edir.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.216022