Saat:15:44
Haqqımızda

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

2024-03-29 23:05:27

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq:  Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququnu tapdalaya bilmir. 

Məsələ barədə tanınmış vəkil Babək Həmidov “Yeni Sabah”a açıqlama verib. Hüquqşünas sözügedən sənədlə bağlı müəyyən nüansları açıqlayıb:

“Nikah müqaviləsi ailə məcəlləsi və mülki məcəllə ilə təsbit olunur. Bu müqaviləni birgə nikah dövründə yaxud nikaha daxil olan zaman bağlamaq olar. Həmin sənəd ər və arvad arasında olan əmlakın idarə olunması, əmlaka dair sərəncam verilməsi, istifadə və yaxud sahiblik edilməsinə dair və gələcəkdə əldə edilən əmlakla bağlı olan bir müqavilə tipidir. Sənəd müqavilə azadlığından irəli gələrək hər hansı formada mütləq deyil. Tərəflərin iradəsinə uyğun olaraq cütlüklər arasında nikaha daxil olanda və nikah dövründə imzalana bilər”. 

Vəkil qeyd edib ki, bu müqavilə qanunda olan boşluqlardan istifadə hallarının da qarşısını alır:

“Nikah müqaviləsinin üstün cəhəti odur ki, istər evlilik müddətində, istərsə də boşandıqdan sonra nikah dövründə əldə olunan əmlakın kimə hansı əsaslarla hansı həcmdə aid olduğunu müəyyən etmək mümkün olur. Bu o deməkdir ki, hazırda Azərbaycanda ən çox rastlanan problemlərdən biri tərəflər arasında nikah pozularkən biri digərinə münasibətdə hər hansı bir formada əmlak əldə etmədiyi təqdirdə digəri birgə nikah dövründə qazanılan ümumi vəsait hesabına əldə etdiyi əmlakları öz ana-atasının adına rəsmiləşdirir. Belə olan zaman qarşı tərəfi bilərəkdən nikahın sonunda birgə mülkiyyət əsasında qazanılan əmlaka sahib olmağından məhrum edir. Nikah müqaviləsində bu da qeyd oluna bilər ki, evlilik müddətində əmlak əldə olunduğu zaman kimə aiddirsə onun adına hesab olunur. Beləliklə, qanunda olan boşluqlardan istifadə imkanları əldən çıxmış olur”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR