Evinin qarşısında güllələnən Fazil Mustafa əməliyyata alındı - Eksklüziv
2023-03-28 23:01:00
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili hazırda 1 saylı Kliniki Xəstəxanada əməliyyata alınıb.
Hurriyyet.Az bildirir ki, bu barədə Redaktor.Az-a millət vəkilinin həyat yoldaşı Zülfiyyə xanım məlumat verdi. Onun sözlərinə görə, F.Mustafanın həyatı üçün təhlükə yoxdur:
"Fazil bəyin həyatı üçün təhlükə yoxdur. Hazırda polislər evimizin videokameralarını incələyirlər".