Saat:06:46
Haqqımızda

Evindən qonşu ölkəyə gizli tunel çəkən şəxs həbs edildi

2022-06-24 23:01:00

Evindən qonşu ölkəyə gizli tunel çəkən şəxs həbs edildi

Tunel işıqlandırma və kamera müşahidəsi sistemləri ilə təchiz edilib, döşəmə betonlanıb, girişdə elektrik lift quraşdirilib

Hurriyyet.az “Gazeta.uz” portalına istinadla xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Dövlət Təhlükəsizlik Xidməti verib.

Özbəkistandan Qırğızıstana aparan növbəti tunel Fərqanə vilayətinin Riştan rayonunun sakininin evində aşkarlanıb.

Xüsusi əməliyyat nəticəsində yük maşınının içərisində ümumi dəyəri 15 milyard suma bərabər olan, sənədsiz bahalı mobil telefonlar aşkar edilib. Telefonlar müsadirə edilib.

Sürücünün evinə baxış keçirilərkən tunel aşkar edilib. Tunel Qırğızıstanın Batken vilayətinin Kadamcay rayonuna aparır. Tunelin eni 1-1,5 m, hündürlüyü – 2 m, uzunluğu isə 130 metrə yaxındır. Tunel işıqlandırma və kamera müşahidəsi sistemləri ilə təchiz edilib, döşəmə betonlanıb, girişdə elektrik lift quraşdirilib.

Tuneldən Qırğızıstandan Özbəkistana qiymətli ticarət məhsulları keçirmək üçün istifadə edilib.

Faktla bağlı cinayət işi açılıb.

Bu, dördüncü belə tuneldir. Bundan əvvəl qaçaqmalçıların qazdıqları 3 belə tunel aşkar edilmişdi.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR