Saat:07:51
Haqqımızda

Evindən oğurluq edilən Yevlax sakini şikayətinə baxılmadığını iddia edir – ŞİKAYƏT / VİDEO

2024-04-01 15:24:06

Evindən oğurluq edilən Yevlax sakini şikayətinə baxılmadığını iddia edir – ŞİKAYƏT / VİDEO

Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 ünvanında yaşayan Həsənov Əfsan Əli oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, həyətindən oğurluq olub, aidiyyəti qurumlar işə baxmır:

“Mən, Yelvax rayonu, Kover kənd sakiniyəm. Hal-hazırda Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 ünvanında kirayədə yaşayıram. Uşağımın səhhəti ilə bağlı rayondan gəlib, burada kirayədə qalıram.

Biz evdə olmayanda tanıdığım Pərviz adlı şəxs evimin zirzəmisinə girib və ailəmə məxsus qədimi qab-qacağı oğurlamışdır. Bu qədimi qab-qacaq bizə anamdan və qaynanamdan miras qalmışdır. 4 ədəd toy ləyəni, 4 ədəd toy qazanı, 1 ədəd “drujba”, 1 ədəd qədim samovar, 1 ədəd ot biçən Pərviz tərəfindən həyətimdən oğurlanmışdır.

Hadisədən xəbər tutan kimi, Pərvizin atasına zəng vurub vəziyyəti danışdım. Kişi mənə dedi ki, polisə xəbər vermə, özüm sənə dəymiş ziyanı hər ay ödəyəcəm. Mənə ilkin olaraq 450 manat pul verdi ki, al, polis bilməsin. Növbəti dəfə zəng vurub pul istəyəndə dedi ki, mən sahə müvəkkili ilə danışmışam, get əlindən gələni et. Sahə rəisinin adı Ələsgərdir.

Daha sonra yenə zəng vurdum. Dedi ki, sahə rəisinə 2600 manat pul vermişəm, mən daha heç kəsə pul verəsi deyiləm. Bu söhbətdən sonra dəfələrlə DİN-in 102 xidmətinə zəng vurmuşam. Hər dəfə bildirirdilər ki, narahat olmayın, işinizə baxılacaq.

Tədqiqatçılar Cavad müəllim və Qurban müəllim gəlib bizim qapıda çəkiliş etdilər. Bildirdilər ki, narahat olma, sənə dəyən ziyan ödəniləcək. Bundan sonra Ələsgər müəllimə zəng vurub dedim ki, mənim işimə niyə baxmırsan? Cavab verdi ki, get işinlə məşğul ol. Üz-üzə sözümü deməyə getdim. Onda da eyni sözü deyərək, qəfildən çənəmə yumruq atdı. Dedi ki, Pərvizin arxasında mən durmuşam, get əlindən gələni et.

Polis bölməsində Ələsgər, Cavad müəllim və Pərvizin atası bir müddət söhbət etdikdən sonra kişi səsini qaldıraraq dedi ki, mən Ələsgərə 2600 manat pul vermişəm, gedin məsələni özünüz həll edin”.

Mən, sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, problemimlə dərindən maraqlansınlar. Polis bizə kömək etmirsə, kimdən kömək istəyək? Yevlax şəhərində rüşvət baş alıb gedir, pulun varsa, sözün hər yerdə keçir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, şikayətin araşdırılacağı bildirildi.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.259552