Evində qumarxana təşkil etdi - Foto

2022-01-15 09:42:00

Evində qumarxana təşkil etdi - Foto

Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub. 

Baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.