Saat:03:32
Haqqımızda

“EVİMƏ QANUNSUZ OLARAQ HÜCUM OLUB” – 24-cü Polis Şöbəsi 1-ci dərəcəli qaziyə və iki körpə uşağına işgəncə verib

2022-09-06 09:51:00

“EVİMƏ QANUNSUZ OLARAQ HÜCUM OLUB” – 24-cü Polis Şöbəsi 1-ci dərəcəli qaziyə və iki körpə uşağına işgəncə verib

Məğrur Bədəlsoydan daxili işlər nazirinə açıq məktub

Qarabağ qazisi Məğrur Bədəlsoy Hurriyyet.az saytı vasitəsilə Azərbaycan Respublikasının Daxili işlər naziri, general -polkovnik Vilayət Eyvazova açıq məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi dərc edirik:

“Ortalıq 15 il olar ki, o çağlar DİN -in ikinci şəxsi kimi  Sizin qəbulunuzda olmuşam və o qəbul məndə elə bir xoş yetki buraxıb ki, indi də nazir kimi qəbulunuzda olmaq həsrətindəyəm. Qarabağ savaşı əlili kimi problemi anında çözdünüz və bu gün polis sistemində aparılan islahatların vətəndaşların  hüquq və azadlıqlarının qorunmasında problemləriə yer qoymayacağını düşünməyə əsas verir.  Nə yazıq, bir çoxları hələ də polis adına ləkə salır və rəhbərliyə də olan ümidləri və inamı sarsıdır.

03.09.2022-ci ildə 6 və 9 yaşlarında olan qız və oğlan iki nəvəmlə faktiki yaşadığım  Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yaxınlığında yerləşən marketdən 15 manatlıq civarında alış- veriş edib çıxanda qabağımı mülki geyimli, sonradan 24-cü PŞ-nin rəis müavini olduğu deyilən Natiq adlı şəxsin başçılıq etdiyi  10-a yaxın polisin kəsməsi və sahə müvəkkili Elçin İslamovun “şəstlə” axtarışda olduğumu bildirməsi ilə “qüvvələr nisbətinin” polis əməliyyatçılarının xeyrinə olduğunu görüb, “bazarlığa getmək” qərarına gəldim. Onsuz da   olmayan axtarış qərarını da göstərmədilər, nə əsasında, kimin axtarışıdır və s.; bircə kəlmə ilə Elçin İslamov axtarışın elə axtarış olduğunu dedi. Təklif etdim ki, uşaqları evə qoyum gedək, “olmaz-olmaz” dedilər, “Ağılsız” telefonumla oğluma zəng edib uşaqları tapşırmağıma da sahə müvəkkili Elçin İslamov telefonu əlimdən qapmaqla yol vermədi və mülki geyimli  rəis müavininin qoçu dəstəsi necə kəllə -təpik atdılarsa, əlimdəki uşaqlara aldığım paketin tutacağı əlimdə polis maşınının yük yerinə sıxışdırılmağım bir oldu. Uşaqların necə ağlamağı, stress keçirmələri hələ də ürəyimi sızladır. Cənab nazir,  heç faşistlər də belə vəhşilik etməyib, bəlkə də! Təsəvvür edin, iki uşağı gözü yaşlı qoyub, babasını 24-cü PŞ-yə apardılar. Uşaqlardan xəbərsiz,  əməliyyat dəstəsi məni – 1-ci dərəcəli DİN-in Qarabağ əlilini növbətçi hissədə “razborka”ya çəkdi.(deyilənə görə, bu hissəyə kamera quraşdırılmayıb). Təklif etdim ki, qolumdakı qandalları açsınlar, söhbət edək, daha da bərk sıxdılar, inanın , qandalların izi hələ getməyib. Nə isə, birdən mülki geyimli əməliyyatçı  (sonradan bildiyimə görə , Hacı adlı 90-RZ-222 nömrəli Şevrolet Malibu maşınında məni oğurlamaq istəyən  güdükçü) “qandalı açsaq neyləyəcəksən , özünü yandıracaqsan?” qışqırdı , dedim, yox, sizi yandıracam. Rəis müavini qandalı açdı və  özünə çevirdiyim söyüşdən sonra anında qollarım arxadan bağlanmaqla eyni anda yarım saatlıq  8-10 təpik qabırğalarımı sındırdı, nə vəhşi imişlər, cənab nazir! Təsəvvür edin , mən bir yalquzağın üstünə bir it sürüsü daraşıb , qol-qabırğam şil-küt oldu. Az qala, yadımdan çıxmışdı, rəis müavini məni 24-cü PŞ-ni mətbuatda tənqid etməyimə görə axtarışa verildiyimi  (?) dedi. Başa düşmürəm, belə çıxır, tənqidə görə qol-qabırğam qırılıb?

Vilayət Eyvazov Kimdir? | Vilayət Eyvazov Haqqında

Nə isə, məhkəməyə aparılmağımı, vəkillə təminatımı,  Ombudsmana xəbər verilməsini tələb etdim, elə söydülər ki ! Heç həkim tələbim də sonuc vermədi . 2 saatdan sonra ağ xalatlı “qəssab”lar rentgen müayinəsinə ehtiyac olmadığını deyib getdilər . Durumum elə ağır idi ki, istintaq izolyatoruna aparılmağımı tələb etdim. Heç olmasa, orada uzana bilmək adına. Qarşıma 2 möhürlü vərəq qoyub, qoluqandallı  qollamağımı tələb etdilər. Özümün - özümə “kəllə atacağımı” hiss edib, qollamaqdan imtina etdim. Gecə yarısı “Semaşko”ya çatanda qolu qandallı yatacağa uzandım, əməliyyatçı cəld dartdı ki, bura xəstəxanadır, “koyka”da uzanmaq olmaz ; “covid” testi götürüləndən sonra Nizami RPİ-nin  müvəqqəti saxlanma təcridxanasına gətirildim. Əməliyyatçı məni cəzalandırmaq üçün narkomanların arasına yerləşdirilməyimi tapşırıb getdi . “Narkoman” 22 yaşlı qaydasız döyüşçü Nazim “baba, kaş səni növbətçi hissədə təpikləyəndə orda olaydım, onları elə qayda ilə döyərdim ki “ dedi 3 gün, 2 gecə . Artıq yataqdan qalxa bilmirdim kürd balası heç kəsi olmayan  Nazim qaldırırdı. Nə qədər, məhkəmə,  Ombudsman,  vəkil, həkim tələb etsəm də, sabaha söz verdilər. Sabah halal süd əmmiş həkim bacım bəxtimə düşdü, dedi, icazə versələr polislər, xəstəxanaya aparardım. Kimdir 1-ci dərəcəli Qarabağ əlilinin sınıq qabırğalarını, astmatik olduğunu fikirləşən. Növbəti gün məni Sabunçu xəstəxanasında rentgen müayinəsindən keçirdilər və eşitdim ki, 9-cu qabırğam sınıb. Təcridxanada 24-ün əməliyyatçıları korset bağladılar kürəyimlə döş qəfəsinə. Amma yenə də tərpənə bilmirəm.

Axır ki, müstəntiq Qalib Kərimli də “cinayətimin” saxta sənəd tərtib edilməsi olduğunu bildirib, 2 sutka tamamında azad ediləcəyimi dedi. Nə qədər desəm də ki , əlillər, daimi yaşayış yeri olanlar  48 saatlıq həbs “limitinə”  düşmür, anlayan olmadı. Heç bir məhkəmə qərarı,  cinayət işi,  axtarış qərarı olmadan oğurlanıb qabırğalarım sındırıldı, 2 gecə,    3 gün dustaq çarpayısına uzanılı durumda ağrılar içində qovruldum.

 Sentyabrın 5-də müstəntiq Xətai məhkəməsinin keçmiş xanım hakimini üzümə şahid qoydu ki, bəs mənə icra sənədi verməyib.  Heç demə, Xətai məhkəməsinin 2 qətnaməsi ilə mənə verilən otaqlara aid bircə icra sənədinin  “saxtalaşdırmağım” bu şahid ifadəsi ilə sübut olunurmuş! Bir daha bildirdim ki, mənə sözügedən , saxta olduğu deyilən icra sənədini indi bunu danan hakim məktubla göndərib və məndə evdədir . Azadlığımı tələb etdim, ortalıq 2 saatdan sonra  guya mənim seçdiyim Nazim adlı vəkilin “xilaskarım” olduğunu sırıyan  müstəntiq Qalib Kərimli bir sürü sənədə imza atdırdı, imtina edəndə, azad olunmayacağımı dedi. Sonda şübhəli şəxs qismində zorla ifadəmə də imza atdırdı və on günlük polis nəzarətinə verilməyim barədə qərara zorla qol çəkdirdi. Amma tələb etsəm də, qərarını verməkdən imtina etdi ki, qərar,  barəsində qətimkan tədbiri seçilən şübhəli şəxsə verilə bilməz! (?) “Vəkilim” də gözümün qabağında qərarı götürsə də, nə qədər desəm də, telefonla göndərməkdən imtina etdi ki, qərar ona da verilməyib. (?) Müstəntiqinin vatsappı da qərarı göndərmədi. Beləcə qərardan məhkəməyə şikayət vermək hüququma süni,zorakı qadağa qoyulub. Hələ telefonumu və bəzi sənədlərimi növbətçi hissə verməyib və bir də astma dərmanlarınəm nəzarətçilərdədir . Burda dərman nəzarətçidə olur, tutanda qışqıra bilsən, verirlər istifadə etməyə. (?)

Deyəsən, çox uzatdım, Sizi yordum. Cənab nazir, evə “itqusdu” gələndə Xətai məhkəməsinin hakimi olmuş ,üzümə duran xanım hakiminin mənə 2014-cü ilin 17 iyulunda göndərdiyi məktubu və icra sənədini tapa bilmədim. Sənəd paketləri yerlə bir dağıdılmışdı. Heç demə, sahə müvəkkili Elçin İslamov, müstəntiq Qalib Kərimli və başqa 3 nəfər evimdə müstəntiqin məhkəmə adından saxta qərarı ilə axtarış aparıb (?) və həmin hakimin göndərdiyi saxta dedikləri icra sənədini məktubqarışıq oğurlayıblar. Hörmətli nazir, bu əsl quldurluq hücumudur ! Məni məhkəmə qərarı , barəmdə cinayət işi olmadan həbs edib, evimdə axtarış aparmaq, oğlumun kompüterinə reket hücumu həyata keçirmək, quldurluq deyilsə, bəs nədir?

Hörmətli nazir, 1-ci dərəcəli DİN-in Qarabağ qazisinəvə ailəsinə , hətta körpə uşaqlarına belə işgəncə verənlərin cəzalandırılmasını, polisin “lotu” məmurların “şilləvuranı”na çevrilməsinə son qoymağınızı diləyirəm. 3 qabırğam dış düşmənin quldur atışının güdazına gedib, tamam yoxdur, qalanı da iç düşmənin quldur hücumuna uğrayıb. Nəfəs ala bilmirəm, çat-sınıq ağrılarından qıvrılıram, DİN qospitalında müayinə və müalicə olunmağımı xahiş edirəm.

Əlil – qazi,  insan hüquqlarının, özəlliklə uşaq,  ailə hüquqlarının polisin “axtarış” özbaşınalığına qurban verilməsinə bağlantılı qurumlar reaksiya verməyə bilər?”

Hurriyyet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR