"Evim yoxdur, qızımla yaşayıram" - Kübra Əliyeva

2022-07-28 23:49:00

“Elgizin Pirallahıda yerləşən bağına getdim. Dedim ki, Pirallahıda torpaq istəyirəm. İstədim və dedim ki, versələr alaram, yaşayaram. Mənə nələr yazdılar: “Kübranın gözü doymur”.

Bu sözləri Əməkdar artist Kübra Əliyeva “Elgizlə izlə” proqramında deyib.  Bir müddət əvvəl Pirallahı qəsəbəsində torpaq sahəsi istəyən aktrisa tənqid edilib. K.Əliyeva tənqidlərə belə cavab verib:

“Heç cavab vermədim. Onların səviyyəsinə enmək lazım deyil. Bu dəqiqə heç mənim öz evim yoxdur. Evimi bağışlamışam qızıma və orada da yaşayıram. Dünyada köçəndən sonra o ev qızımındır”.

Qeyd edək ki, K.Əliyeva açıqlamalarının birində övladının ona Bodrumda ev aldığını demişdi. \\Konkret


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058678