Saat:03:34
Haqqımızda

EVİ YANDI, FHN-Ə ZƏNG VURDU, AMMA... - "Bildirdilər ki, biz dağlıq zonaya gedə bilmirik" / FOTOLAR

2024-04-19 12:17:02

EVİ YANDI, FHN-Ə ZƏNG VURDU, AMMA... -

Astara rayon sakini Marif Babayev tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlardan kömək istəyir:

“Mən, Babayev Marif, yazaraq bildirirəm ki, 17 aprel 2024-cü il tarixində, səhər saat 9 radələrində elektrik xəttinin yararsız olması səbəbindən evim yandı. Mənə 350 manat dəyətində ziyan dəyib.

Yanğın zamanı 112 "qaynar xətti"nə zəng vuraraq, Fövqəladə Hallar Nazirliyindən kömək istədim. Mənə bildirdilər ki, biz dağlıq zonaya gedə bilmirik, bizdə elə texnika yoxdur ki, ünvanınıza göndərək.

Bu günə qədər də heç bir yardım olunmayıb. Hal-hazırda qalmağa yerimiz yoxdur.

Onu da qeyd edim ki, çoxsaylı şikayətlərdən sonra kəndə işıq çəkiblər, amma tam hazır deyil. Tam təmir işləri aparılmadığından, hələ də işıq xətləri ağacların qol-budağından keçir. Həm təbiətə ziyan dəyir, həm də əhalini fəlakətə doğru yönəldirlər. İşıq xətlərinin ağacda dolaşıb yanması nəticəsində mənim evim yanaraq, kül oldu.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm, problemimi ictimailəşdirin, yuxarıdakı qurumlar görsünlər ki, ucqar yerdə yaşayan vətəndaşların başına nə oyunlar açırlar. Ən azı mənə 350 manat ziyan dəyib, amma heç bir qurum maraqlanmır. Əsl səbəbkar isə Astara elektrik şəbəkəsidir.

Maddi imkanım yoxdur, mən harda, necə yaşamalıyam?! 2024-cu ildə biz hələ də ağacların üstündən keçən elektrik xətti istifadə edirik”.

Məsələ ilə bağlı “Azərişıq”la əlaqə saxladıq. Şikayətçinin müraciətinin araşdırılacağı bildirildi.

Jalə FAMİLQIZI

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192456