Saat:21:39
Haqqımızda

Evi uçmaq təhlükəsi ilə üzləşən İsmayıllı sakini rəsmi qurumlardan şikayətçidir - MÜRACİƏT

2025-04-15 14:53:30

Evi uçmaq təhlükəsi ilə üzləşən İsmayıllı sakini rəsmi qurumlardan şikayətçidir - MÜRACİƏT

İsmayıllı rayonu, Diyallı kənd sakini Ağaməmmədov Eldar Məmməd oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına müraciət daxil olub. Şikayətçi bildirir ki, sürüşmə zonasında yerləşən evinin uçmaq təhlükəsində olduğu ilə müvafiq qurumlara müraciət etsə və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə dəfələrlə zəng vursa də, səlahiyyətli qurumlar onun müraciətinə baxmır.

Saytımız vasitəsilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və digər aidiyyəti qurumlara müraciət edən Eldar Ağaməmmədov onlardan kömək istəyir.

Qeyd edək ki, məsələ ilə bağlı “Hürriyyət” qəzeti tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Yaxın günlərdə qurumun cavabını dərc etməyə çalışacağıq.

Jalə FAMİLQIZI

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.163056