Əvəz Zeynallının həbs müddəti uzadıldı

2022-12-29 14:00:00

Əvəz Zeynallının həbs müddəti uzadıldı

Tanınmış jurnalist Əvəz Zeynallının həbs müddəti daha 3 ay uzadılıb.

Bu barədə onun vəkili Rəşad Vaqifoğlu məlumat verib. Belə ki, bu gün Binəqədi Rayon Məhkəməsində istintaq orqanı tərəfindən Əvəz Zeynallının həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı vəsatətə baxılıb. Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunub.

Qeyd edək ki, Ə.Zeynallı həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham edilir. İttihama görə, o, R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Əvəz Zeynalov barəsində cinayət işi başlanıb, bu ilin avqustunda barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda o, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsilə təqsirli bilinir. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.178697