Əvəz Zeynallıdan haqqındakı iddialarla bağlı açıqlama: "Elçinə cavab yazdım ki, R.Məmmədovu müdafiə etməli idim?!"

2022-09-08 12:05:00

Əvəz Zeynallıdan haqqındakı iddialarla bağlı açıqlama:

“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı ötən gün haqqında yayılan iddialarla bağlı açıqlama verib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Xural TV”nin canlı yayımında danışıb.

“Elçin Sadıqov mənə zəng elədi, dedi ki, görüşək. Dedim görüşək. Elçin Sadıqov bu gün də mənim vəkilimdir, ayın 15-də də məhkəməmiz var. O, mənim ailə dostumdur. Bir neçə gün əvvəl görüşdük. Dedi ki, Əvəz, mən sənin də vəkilinəm, Rasim Məmmədovun da vəkili oldum. Bir az R.Məmmədovun həyatından danışdı. Dedi ki, mən səndən maksimum dəstək istəyirəm. Heç olmasa, “vurma”, tənqid elə, “ölümünə vurma”. Mən də dedim ki, o zaman yalnız xəbərləri verə bilərəm. Məndən çox yüksək gözləntin olmasın. Çünki Rasim Məmmədov mənim üçün prinsipial məsələdir. Mənə bəzi özəl sənədlər verdi. Dedi ki, bunu yalnız sənə veririk, sən bunlardan istifadə elə. Etiraf edim ki, Elçinin xahişi olmasa idi, R.Məmmədov haqqında daha çox sərt danışardım.

Və dünən canlı yayımların arasında Elçindən mənə mesaj gəldi: “Qardaş, məni biyabır elədin”. Mən də çox əsəbləşdim, Elçinə cavab yazdım ki, R.Məmmədovu müdafiə etməli idim?! Və dedim, əgər xoşlarına gəlmirsə, gəl qaytarım, iadə eləyim, çıx get. Mən əgər bilsəydim belə olacaq, deyərdim ki, Elçin gəl sənədlərini götür get”, - Ə.Zeynallı bildirib.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061423