Saat:15:28
Haqqımızda

“Əvəz Zeynallı ilə bağlı suallar bu quruma ünvanlanmalıdır” – Penitensiar Xidmətdən açıqlama

2025-04-14 12:25:57

“Əvəz Zeynallı ilə bağlı suallar bu quruma ünvanlanmalıdır” – Penitensiar Xidmətdən açıqlama

“Əvəz Zeynallının səhəti ilə bağlı suallar Ədliyyə Nazirliyin Tibb Baş İdarəsinə ünvanlanmalıdır. Çünki məhbusların tibb məsələləri ilə bu qurum məşğul olur”.

Hurriyyet.az xəbər verir ki, bunu “AzPolitika”-ya Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən deyiblər. Bildirilib ki, jurnalistin saxlanma şəraiti normaldır.

Xatırladaq ki, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan tanınmış jurnalist, “Xural” qəzetinin və eyni adlı internet televiziyasının rəhbəri Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb. Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, jurnalistin müalicəsi üçün barəsindəki həbs qərarı dəyişdirilməli və o azad edilməlidir. M.Zeynallı belə bir çağırışla ölkə rəhbərliyinə müraciət edib.

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərarı ilə 9 il müddətində azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham irəli sürülüb. Jurnalist istintaqda və məhkəmədə ittihamları qəbul etmədiyini, onların peşə fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.158215