Ev tikmək adı ilə Sabirabadda sakininin 12 min manatını aldı, amma… - ŞOK DƏLƏDUZLUQ İDDİASI

Qızının dələduzluğa məruz qaldığını iddia edən İmran Teymurov illərdir pulunu ala bilmir
Sabirabad rayonu, Məmişlər kənd sakini Teymurov İmran Ələkbər oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Bakı şəhər sakini Abduləzimov Elnur Məmməd oğlu onun qızını aldadaraq, 12 000 manat pulunu mənimsəyib:
“Mən, Teymurov İmran Ələkbər oğlu, yazaraq sizə bildirirəm ki, qızım Quliyeva Zülalə İmran qızından Bakı şəhəri, Sabunçu rayonunda qeydiyyatda olan Abduləzimov Elnur Məmməd oğlu 26 iyul 2016-cı ildə ev tikmək məqsədilə 12 000 AZN alaraq, müqavilə bağlamışdır. O, sonradan qızımın etibarından sui-istifadə edərək, həmin vəsaiti əlavə olaraq notarial qaydada borc kimi qeyd etmişdir.
Mən bu məsələ ilə əlaqədar 23.09.2016-cı il tarixdə Baş prokuror Zakir Qaralovun qəbulunda oldum. Mənə bildirdi ki, rəsmi olaraq məhkəməyə müraciət et.
2016-cı ilin oktyabr ayından Sabunçu Rayon Məhkəməsi tərəfindən vəsaitin geri qaytarılması haqqında qərar çıxarılmasına və mənim müvafiq illər ərzində müraciətlərimə baxmayaraq, hal-hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi məlumatları nazirliyin İstintaq Baş idarəsinə göndərmir. Bu o səbəbdəndir ki, Abduləzimov Elnur Məmməd oğlunu yüksək vəzifəli şəxslər və ya onların adamları müdafiə edir.
Bu adamın Bakı şəhərində onlarla cinayət işi var. Lakin onun barəsində heç bir tədbir görülmür.
Qızımın övladı xəstədir, hal-hazırda Xırdalan şəhərində kirayədə qalır. Uşağı həkimə vaxtında aparıb-gətirmək üçün kirayədə qalmağa məcburdur. Şikayət etmədiyimiz rəsmi qurum qalmayıb. Sizdən xahiş edirik, övladımın uşağının xəstə olduğunu nəzrə alıb, onun pulunu qaytarılmasında bizə köməklik göstərəsiniz.
Sizin qəzet vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə də müraciət edirəm. Xahiş edirəm ki, bizim şikayətə baxılması üçün müvafiq qurumlara tapşırıq verəsiniz”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları gedən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya