Ev şəraitində qanı necə durulaşdırmaq olar? - 10 tövsiyə

2022-06-21 21:23:00

Ev şəraitində qanı necə durulaşdırmaq olar? - 10 tövsiyə

Yaşlı insanlar qanın qatılaşmasının qarşısını almaq üçün evdə xüsusi metodlardan istifadə etməlidir.

Hematoloq həkim Aleksey Evdakimenko eksklüziv müsahibəsində evdə dərmansız qanı duruldub , tromb, tromboflebit, aterosklerozun qarşısını almağın yollarını açıqlayıb.

Həkimin sözlərinə görə, qanın qatılaşması az su içənlərdə baş verir.

Ona görə hər kəs gündə ən azı 500 ml su içməlidir.

Xüsusən suyu səhərlər oyanan kimi içmək lazımdır.

Acqarına isti kimi su içmək lazımdır.

Hematokrit analizi qanın qatılaşma dərəcəsini göstərir. Əgər o yüksəlibsə, deməli insan az su içir.

Duz, qəhvə, qara çay, alkoqol azaldılmalıdır.

Rasiondan duzlu qidalar, kolbasa, konservantlı hazır qidalar, şorabalar çıxarılmalıdır.

Eləcə də səhər tezdən və axşam gəzintisinə çıxın.

Qan qatılaşmasına qarşı ən yaxşı təbii vasitələrdən biri də hirudoterapiya – zəlidir. Lakin bu metoddan öncə hemoqlobin və eritrositlərin miqdarına baxmaq lazımdır.

2 bitki vardır ki, qan qatılaşması ilə mübarizə aparır. Bunlar donnik və ağ iva bitkisidir.

Bu məqsədlə aptek bitkilərindən istifadə edin.

Özbaşına çöllərdən yığılmış bitkilərdən istifadə etməyin.

Cəfəri, şüyüd, sarımsaq da qanı durulaşdırır.

Şəkərli diabet, siqaret, artıq çəki, stress və oturaq iş qanı qatılaşdırır. \\Bakupost.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya