Saat:02:00
Haqqımızda

Ev işi infarkt riskini azaldır

2025-05-07 22:40:01

Ev işi infarkt riskini azaldır

HƏRƏKƏT - SAĞLAMLIQDIR

Gündə yarım saat ev təmizləmək infarkt riskini 40% azaldır. Alimlər fiziki fəaliyyətin hətta ev işləri şəklində də faydalı olduğu sübut etdi.
Cəmi 4 dəqiqə pilləkənlərlə qalxmaq və ya evin ətrafında yarım saat təmizlik etmək sağlam ürək və uzunömürlülüyün açarı ola bilər. Bu nəticəyə Avstraliya və Böyük Britaniyadan olan alimlər qrupu Böyük Britaniyanın Biobankından 24 139 nəfərin məlumatlarını təhlil etdikdən sonra gəliblər. “Circulation” jurnalında dərc olunmuş araşdırma ürək-damar xəstəliklərindən qorunmaq üçün idmana alternativ fəaliyyətin olduğunu sübut edir: sadəcə olaraq, adi ev işlərini və bağçılıq işlərini daha aktiv şəkildə yerinə yetirin.
Tədqiqat orta hesabla təxminən 62 yaşında olan və müntəzəm idmanla məşğul olmayan kişi və qadınları əhatə edib.
Məlum oldu ki, gündə 4-5 dəqiqə idmanla əlaqəli olmayan yüksək aktivlik, məsələn sürətli yerimək, mənzilə pilləkənlərlə qalxma infarkt və insult riskini 25-38%, ölüm hallarını isə 24% azaldır.
23-24 dəqiqə orta dərəcədə aktivlik, məsələn pəncərələri yumaq və ya iti gəzdirmək ürək xəstəliyi riskini 40-50% azaldır.
Yüngül məişət fəaliyyəti, məsələn, asta yerimək , yemək bişirərkən mətbəxdə ayaq üstdə qalmaq hər gün yalnız 130 dəqiqədən çox qoruyucu təsir göstərir. \\Saglamolun.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.354715