Saat:11:53
Haqqımızda

Ev dustaqlığına buraxılan müğənni ilk solo konsertini verəcək

2025-12-01 10:24:17

Ev dustaqlığına buraxılan müğənni ilk solo konsertini verəcək

Bir neçə gün öncə ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova solo konsert verəcək.

Hurriyyet.az xəbər verir ki, o, dekabrın 16-da şəhər restoranlarından birində səhnəyə çıxacaq.

Bu, müğənninin həbsdən sonra verəcəyi ilk solo konsertdir.

Gecəninin xüsusi qonağı ifaçının qızı Aysun İsmayılova olacaq. 

Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.

Yenisabah.az