Saat:18:53
Haqqımızda

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

2024-03-27 17:34:44

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bəs görəsən bu platforma vətəndaşlara nə qazandıracaq?

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu platforma hesabına mənzil alan vətəndaşlar elektron çıxarış əldə edəcəklər:

“Şirkətlər müvafiq sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrinə tədim etməlidir. Şəhərsalma və Arxitektura Komitəsindən razılıq alındıqdan, binanın layihəsi təsdiqləndikdən və müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sənədləri təsdiq edildikdən sonra binanın tikilmə mərhələsində belə həmin mənzillərin çıxarışlarının alınması mümkün olacaq. Hazırda bəzi MTK-lar bundan istifadə edir. Bu daha çox kreditlə alınan evlərdə müşahidə edilir. MTK-lar banklarla şərikli formada tikinti layihələrini icra edərək, müvafiq sənədləri Reyestr Xidmətinə tədim edir və xidmət onlara elektron çıxarışlarını verir. Bu əvvəldən də qanunda var idi, sadəcə problem onda idi ki, MTK-lar müvafiq sənədləri Reyestr Xidmətinə təqdim etmirdilər. Artıq MTK-lar bunu icbari şəkildə həyata keçirməli olacaqlar. Bu da öz növbəsində əvvəllər baş verən bir sıra neqativ halların qarşısını almış olacaq. Xüsusən 1 mənzilin bir-neçə nəfərə satılmasının qarşısı alınacaq. Artıq MTK-lar hər bir evin sahəsini tikilmədən belə dəqiqliklə göstərəcək. Vətəndaş mənzili satmaq istəsə, MTK-nın müdaxiləsi olmadan özü çıxarış vasitəsi ilə digər şəxsə sata biləcək”.

Ekspert MTK-ların müflisləşməsi halında binanın tikintisinin başqa şirkət tərəfindən başa çatdırıla biləcəyini qeyd edib:

“Belə hallardan heç kəs sığortalanmayıb. Bildiyiniz kimi, MTK-lar özlüyündə hər hansı sahibkarlardır və bu sahibkarların sonradan üzləşəcəyi məsələləri öncədən proqnozlaşdırmaq çətindir. Hər hansı şirkətdə müflisləşmə olarsa, onun əmlakını başqa bir şirkət alıb tikintini başa çatdıra bilər. Artıq praktikada da belə hallar olub. Təbii ki, hər hansı bir şirkət binanın tikintisinin yarısında müflisləşərsə, onun hüquqlarını digər bir şirkətə həvalə etməklə həyata keçirmək olar. Amma hesab edirəm ki, müvafiq icazəni alan və sənədləri toplayan şirkətlər əksəriyyət etibarı ilə güvənli olur. Burada əsas məsələlərdən biri də binanın tikiləcəyi torpağın mülkiyyət sənədinin alınmasıdır. Əgər torpağın sənədi olarsa, binanın tikintisini başqa şirkət də tamamlaya bilər”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR