"Eurovision-2023": Təmsilçilərimiz finala çıxa bilmədi
2023-05-10 11:15:00

Böyük Britaniyanın Liverpul şəhərində keçirilən "Eurovision" Mahnı Müsabiqəsinin birinci yarımfinalına yekun vurulub.
Hurriyyet.az xəbər verir ki, Azərbaycanın yarışmadakı təmsilçiləri Tural və Turan Bağmanov qardaşları mübarizəni yarımfinalda dayandırıblar.
Finala keçənlər isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri olub.
Xatırladaq ki, mahnı müsabiqəsinin yarımfinalı mayın 11-də, finalı isə 13-də baş tutacaq.
qaynarinfo.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya