ETSN-də Latviyanın nümayəndə heyəti ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub
2025-05-14 23:27:54
(7).jpg)
Azərbaycanda işgüzar səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib.
Bu barədə Hurriyyet.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının növbəti iclasının bu ilin payızında keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, eyni zamanda ətraf mühitin mühafizəsi, meşə təsərrüfatı sahəsində birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
