Saat:04:43
Haqqımızda

Etirazçı qız zorlanıb, öldürülüb və meyiti küçəyə atılıb – Məxfi sənədlər üzə çıxdı

2024-05-01 13:00:28

Etirazçı qız zorlanıb, öldürülüb və meyiti küçəyə atılıb – Məxfi sənədlər üzə çıxdı

Tamamilə məxfi sənədlər İranda 2022-ci ildə baş verən kütləvi etirazları zamanı 17 yaşlı Nika Şəkəraminin təhlükəsizlik qüvvələri tərəfindən saxlandıqdan sonra cinsi təcavüzə məruz qaldığını və öldürüldüyünü göstərir.

Hurriyyet.az xəbər verir ki, bu barədə BBC-nin yaydığı araşdırmada bildirilir. BBC-nin reportajında yer alan sənədlər İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) aiddir. Bu sənədlərdə Şəkəramiyə dair təfərrüatlı protokol, onun ölümünə görə cavabdeh sayılan şəxslərin və iddia edildiyinə görə hadisəni ört-basdır etməyə çalışan yüksək rütbəli komandirlərin adları var.

Qeyd olunur ki, Şəkərami 2022-ci ilin sentyabrında ölkəni bürümüş kütləvi etiraz aksiyaları zamanı yoxa çıxıb. Rəfiqələri ilə son kommunikasiyasında Şəkərami təhlükəsizlik qüvvələri tərəfindən təqib olunduğunu bildirir. Bundan səkkiz gün sonra Nikanın cəsədi ailəsinə verilib. Hökumət rəsmiləri qızın intihar etdiyini bildiriblər.

BBC-nin reportajında isə deyilir ki, sənədlər Şəkəraminin zorla soyuducu mikroavtobusa mindirildiyini, qollarının qandallandığını və onun bir polis zabiti tərəfindən təcavüzə məruz qaldığını göstərir. Bu da qeyd olunur ki, qız müqavimət göstərdiyindən başqa polislər onu dəyənəklərlə vururmuşlar.

Nikanın anası Nəsrin Şəkərami mediaya göndərdiyi videoda deyib ki, tibbi ekspertiza qızının baş nayihəsinə küt alətlə endirilmiş zərbələrdən öldüyünü göstərib.

BBC-nin reportajında deyilir ki, sənədlərdən Şəkəraminin içərisində bir neçə təhlükəsizlik xəfiyyəsi olan mikroavtobusa mindirildiyi məlum olur. Bu da qeyd olunur ki, sənədlərdən birinə görə xəfiyyələrdən biri hadisə zamanı şəhvətə gəldiyini deyib, amma bunu sonradan inkar edib.

Təhlükəsizlik qrupunun üzvü Bəhruz Sadeqi bildirir ki, hər tərəfi örtülü mikroavtobusun içi tamamilə qaranlıq idi və onlar bir-birlərinin üzlərini yalnız mobil telefonun işığı ilə görürdülər.

Sənəddə deyilir ki, Nikanı xəfiyyələri söydüyünə görə mikroavtobusun döşəməsinə yıxıblar və Ərəş Kalhor adlı xəfiyyə onun ağzını corabla tutmağa çalışıb. Bundan sonra Sadeqi və yoldaşları mobil telefonun işığı ilə başqa bir xəfiyyə - Sadeq Məncazinin Şəkəraminin üstündə oturduğunu görüblər.

BBC bildirir ki, İran hakimiyyəti və İİKK rəhbərliyi onun sorğularına cavab verməyib.

Reportajda deyilir ki, Nika öldükdən sonra onun cansız cəsədi yüksək rütbəli zabitlərin əmri ilə Tehrandakı sakit küçələrdən birində yola atılıb.

İranda keçirilən “Qadın, Həyat, Azadlıq” aksiyaları zamanı İranın rəsmi mediası Şəkəraminin guya xalasının yaşadığı binanın yaxınlığındakı yarımçıq tikilidən özünü atdığını yazırdı.

Ailəsi bildirir ki, Nikanın son dərəcə zədəli üz və başından başqa cəsədin başqa hissələrinə baxılmasına icazə verilməyib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.327631