Saat:10:08
Haqqımızda

Etibar Pirverdiyevin oğlu Bakıda “Porsche” ilə “avtoş”luq etdi - VİDEO

2021-09-22 14:11:00

Etibar Pirverdiyevin oğlu Bakıda “Porsche” ilə “avtoş”luq etdi - VİDEO

Hurriyyet.az xəbər verir ki, Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb.

99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.

Avtosfer.az-ın araşdırmasına görə, “Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir. Qeyd edək ki, E.Pirverdi Londonda təhsil alıb və adı atasının biznes imperiyasında bir neçə dəfə hallanıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR