“Etibar Məmmədov yenidən siyasətə gəlib nə edəcək?!”

2022-08-01 17:26:00

“Etibar Məmmədov yenidən siyasətə gəlib nə edəcək?!”

“Mən prosesi tam izləməmişəm, çünki Bakıda deyildim, amma eşitmişəm. Etibar Məmmədovun müsahibəsindən və onunla İqbal Ağazadənin arasında olan gərginlikdən xəbərim var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Xural” TV-nin baş redaktoru Əvəz Zeynallı deyib.

O, son günlər AMİP lideri Etibar Məmmədovun müxalifətdə yeni koalisiya quracağı barəsində ortaya atılan iddialara, habelə İqbal Ağazadə haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, İ.Ağazadə AMİP lideri haqqında deyib ki, o, artıq tarixdir və yeni dövrdə E.Məmmədovun yeri yoxdur.

Buna qarşılıq olaraq isə E.Məmmədov onun barəsində “öz liderini bir şilləyə satan adamın sözünə nə münasibət bildirəcəyəm?!” demişdi.

Öz növbəsində, Ə.Zeynallı əlavə edib ki, o da E.Məmmədovu Azərbaycan siyasətində gündəmdə olan lider kimi görmür:

“Deyirlər ki, Etibar Məmmədov yenidən siyasətə gələcək. E. Məmmədov yenidən siyasətə gəlib nə edəcək?! Mən onu Azərbaycan siyasətində hesab etmirəm, görmürəm. Ona görə də düşünmürəm ki, bu, elədə ciddi bir açıqlama olsun. E. Məmmədov artıq aktual olmayan bir siyasi personadır.

Mən həmin açıqlamaların bəzilərini oxumuşam. İ.Ağazadə haqqında deyilən fikirlərlə də tanışam. Onsuz da E. Məmmədov özü də açıqlamalarında bildirib ki, mən siyasətə qayıtmıram və mənim hansısa bir koalisiya qurmaq planlarım yoxdur. Mən də belə düşünürəm ki, Etibar bəy düz deyir və o, siyasətə qayıtmayacaq, elə bir planları da yoxdur. Yox, əgər sayıtsa belə, inanmıram bir şey etsin. Mən E.Məmmədovu Azərbaycan siyasətinin aktual lideri hesab etmirəm. Məncə, artıq E. Məmmədov bizim siyasətimizdə yalnız bir keçmişdir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.075094