Etibar Əliyev “Facebook”dan getdi

2022-07-25 12:42:00

Etibar Əliyev “Facebook”dan getdi

Millət vəkili Etibar Əliyev “Facebook” hesabını bağlayıb. 

Hurriyyet.az xəbər verir ki, sosial şəbəkədə kifayət qədər aktiv olan, xüsusilə elm və təhsillə bağlı paylaşımlar edən deputat sözügedən sosial platformadan uzaqlaşmaq qərarı verib. Deputatın hansı səbəbdən belə bir addım atmasının səbəbi məlum deyil.

Bildirək ki, sosial şəbəkələr və həmçinin mediada ən çox tənqid olunan deputatlardandır. Hələ ötən il o sosial şəbəkədə paylaşdığı elmi yazılara heç bir reaksiya verilməməsindən şikayətlənmiş, paylaşımlarına biganə yanaşanları dostluğunu tərk etməyə çağırmışdı. Görünür, deputat özü virtual aləmi tərk etməyin daha məqsədəuyğun olduğunu düşünüb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.052932