Ət bulyonunun tarixi və inanılmaz faydaları – Bunu mütləq edin …

2022-08-04 20:21:00

Ət bulyonunun tarixi və inanılmaz faydaları – Bunu mütləq edin …

Ət bulyonunun tarixi araşdırması,qrip, soyuqdəymə,həzm sistemindəki inflamasyiya və.s xəstəliklərə inanılmaz faydaları olan ət bulyonu.

Alman kimyaçı Justus von Liebig-in (1803-1873) qidalanma elmi ilə bağlı araşdırmaları arasında natriumun qandakı dominant kation,kaliumun isə toxumalardakı dominant kation olduğunu aşkar etməsi,qidalardakı azotun sidiyə urik turşusu olaraq keçdiyini və sidikdəki azot miqdarının parçalanan orqanik toxumaların miqdarı ilə mütənasib olduğunu aşkarlanması,bədənin sabit istiliyinin oksidləşmədən qaynaqlandığını açıqlaması, xüsusilə yağlar və karbohidratlar üçün doğru düzgün halda olmaqla,müxtəlif qidalarla hesablanmış enerjinin kalori dəyərini verməsi, fiziki olaraq zülalların “iş görmə” qabiliyyəti ilə inteqrasiya olunduğunu təyin etməsi, zülal,yağ,karbohidrat və az miqdarda mineralla tətbiq olunan sağlam qidalanma düşüncəsini inkişaf etdirməsi kimi, tapıntılar sayıla bilər.

Soyuduculu (frigorifik) gəmilər ortaya çıxmazdan öncə,dənizkənarı ölkələrdən Avropaya təzə ət daşınması mumkun deyildi.Justus Liebig-in sözlərinə görə, “Bal qatılığında konsentrə ət bulyonu” olan bu ət ekstraktı (extractum carnis), onun 1846-1848 ci illərdə ət üzərində apardığı çalışmaların bir tapıntısı idi.Justus Liebig ət bulyonunu əslində xəstələr üçün yemək olaraq inkişaf etdirmişdi.İlk olaraq 1847 ci ildə şagirdi Max Joseph von Pettenkofer (1818-1901),mal əti ekstraktından əldə etdiyi tozu,Almaniyada yarım kiloluq paketlər vəziyyətinə gətirdi və “qüvvət dərmanı” olaraq apteklərdə satılmağa başladı.Liebigin dostu və tələbəsi,superfosfat sənayesinin qurucusu James Muspratt-ın (1793-1886) qızı Emma,Liebig-in qızı Agnesin (1829-1862) rəfiqəsi idi.Emma 1853 cü ildə Liebig-in Münhendə ki evini ziyarətə gələndə ölümcül bir şəkildə tif xəstəliyinə yoluxmuşdu.Liebig rahat həzm oluna bilən ət bulyonu preparatı hazırladı və Emmanı ölümdən qurtarmağı bacardı.

Ət bulyonunun faydaları :

1) Ət bulyonu mövsüm dəyişikliyində soyuqdəymə və qrip kimi xəstəliklərin qarşısını alan,mikroblarla mübarizə aparan ən güclü vasitədir.

2) Ət bulyonu ənənəvi olaraq həzm problemini aradan qaldırmaq və rahat həzm edilə bilən bir yemək kimi, müalicə etmək üçün istifadə olunur. Hər bir dərdə dərman olmağı bacaran ət bulyonundan hazırlanan şorbalar da var.Ət suyu, Crohn xəstəliyi və ya ulseratif kolit kimi həzm sistemindəki inflamasiyaya da çox faydalıdır.

3) Əsrlər boyu istehlak olunan ət suyu,kollagen, glutamin, prolin, qlisin və amin turşuları ilə zəngindir beləki kalsium, maqnezium, fosfor, kükürd kimi minerallarla da zəngin olan ət suyu vücudumuzda asanlıqla sovrulur.

4) Odur ki,ət məhsullarından əldə olunan sümükləri zibilliyə atmaq əvəzinə,qaynadıb süzün,şorbalara dad,ləzzət və sağlamlıq qataraq istifadə edin.

 

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov

Mənbə: Qidaelmi.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000099