Estoniya Rusiya avtomobillərini müsadirə edə bilər
2023-09-13 13:33:20

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna hökumətin iclasında Estoniyada rus avtomobilləri ilə bağlı gələcək addımlar məsələsini qaldıracağını bildirib.
Avtomobillərin müsadirə edilməsi və ya Rusiyaya qaytarılması variantları nəzərdən keçirilir.
Tsahkna deyib: “Biz burada artıq Rusiya nömrəli avtomobillərin Rusiyaya geri göndərilməsini və ya müsadirə olunmasını müzakirə etməliyik.
O, həmçinin Rusiya ilə həmsərhəd Avropa ölkələrinin xarici işlər nazirlərinin fəaliyyətini əlaqələndirmək və Rusiya ilə ticarəti dayandırmaq üçün videokonfrans iclasını çağırdığını bildirib.
Bundan əvvəl Estoniya hakimiyyəti Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya