Saat:13:44
Haqqımızda

“Əslində ermənilər türklərə qarşı soyqırımı törədib” – Akar İrəvanı arxivləri açmağa çağırdı

2023-04-05 15:52:00

“Əslində ermənilər türklərə qarşı soyqırımı törədib” – Akar İrəvanı arxivləri açmağa çağırdı

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar aprelin 5-də Ankarada erməni hadisələri ilə bağlı seminardakı çıxışında arxiv sənədlərinin ermənilərə qarşı heç bir “soyqırımı” törətmədiyini isbat elədiyini bildirib. Akar bildirib ki, əksinə, ermənilər bir çox regionlarda günahsız dinc türkləri, müsəlmanları qətlə yetiriblər.

Hulusi Akar qeyd edib ki, bu gerçəkliklər beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.

Akar deyib: “Erməni məsələsindən artıq uzun illərdir ki, siyasi alət kimi istifadə olunur. Ermənilər aprelin 24-nü “soyqırımı günü” elan eləməklə saxta tarix yaratmağa çalışıblar. Lakin bu, tarixi faktların inkar edilməsindən başqa bir şey deyil. Bu iddialar Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasına əngəl olan əsas faktordur. Ermənistan da öz arxivlərini dünyaya açmalı və nəticələrdən çəkinməməlidir”.

Hürr Tərcüman

https://twitter.com/AA


Load Time (S) : 0.553409