Əslən Lerikdən olan müğənni münsif olacaq
Lerikdən olan müğənni Jony (Cahid Hüseynli) “Qolos Deti” vokal şousunun 11-ci mövsümünün münsifi olacaq. Rusiyanın “Perviy kanal” televiziyas bu, məlumatı verib. Münsiflər heyətində dünyada tanınmış rus estrada ulduzları Dima Bilan və Yulianna Karaulova da olacaq. Yana Çurikova və bloger Valya Karnaval yeni mövsümdə aparıcılıq missiyasını yerinə yetirəcəklər. Sənətçi Jony: “Bu əfsanəvi şounun bir hissəsi olduğum üçün sevinc və xoşbəxtlik hiss edirəm” – deyib.
Həmçinin Jony gənclikdə “Qolos” yarışmasını izlədiyini və universitetdə dostları ilə birlikdə “Qolos” yarışmasını təşkil etdiyini bildirib.
Qeyd edək ki, adı Cahid Əfrayıl oğlu Hüseynli olan Jonyn əsli Lerik rayonu, Gəndov kəndindəndir. Atasının ailəsi 1983-cü ildən Biləsuvarda yaşayıb. Sonra Bakı şəhərində yurd-yuva qurublar. Jony burada 1996-cı ildə dünyaya göz açıb. 3 yaşında ailəsi ilə birgə Moskvaya köçüb və 2018-ci ildən peşəkar səhnədə çıxışları müntəzəm davam edib. “Пустой стакан”, “Френдзона”, “Звезда”, “Комета”, “Аллея”, “Без тебя я не я” və digər mahnıları ona məşhurluq gətirib.
Zəfər ORUCOĞLU