Əsginazların üzərində niyə hələ də Milli Bank yazılır?
2022-04-22 09:14:00

Sosial şəbəkələrdə 100 manatlıq əsginazların üzərində həm “Milli Bank”, həm də “Mərkəzi Bank” qeydlərinin olması ilə bağlı suallar meydana çıxıb.
Mərkəzi Bankdan Axar.az-a bildirilib ki, üzərinə Milli Bank yazılan əsginazlar 2009-cu ilə qədər tədavülə buraxılanlardır:
“2009-cu ildən etibarən Milli Bankın adı Mərkəzi Bank olaraq dəyişdirildi. Buna görə də 2009-cu ilə qədər tədavülə buraxılan əsginazlarda Milli Bank, 2009-cu ildən sonra buraxılanlarda Mərkəzi Bank qeyd olunur”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya