Saat:18:27
Haqqımızda

Əsgərovlar ailəsinin varidatı: Banklar, beşulduzlu otellər... - SİYAHI

2023-09-02 12:51:18

Əsgərovlar ailəsinin varidatı: Banklar, beşulduzlu otellər... - SİYAHI

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov ötən gecə vəzifəsindən azad edilib. Onun vəzifədən getməsi personası ətrafında gedən müzakirələri daha da alovlandırıb.  

Azərbaycandakı biznesini Avropaya transfer edən, qitənin müxtəlif ölkələrində saysız-hesabsız sərvətə malik olan məmurlarımız sırasında sabiq AZAL rəhbərinin də adı yer alır.  O, sərhədsiz "biznes imperiyası" ilə ölkənin ən varlı adamlarının siyahısında ilk yerlərdən birini tutur. 

Yenisabah.az C.Əsgərov və ailəsinə məxsus mülklərin siyahısını təqdim edir:

Batumidə 31 milyon dollar dəyərində "GRAND GLORIA" hoteli;

Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE" hoteli;

Tiflisdə bahalı "Veranda" restoranı;

Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;

Naftalanda "Garabag Resort and Spa" 5-ulduzlu otel və müalicə mərkəzi;

İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi";

Nabranda 30 ha sahədə villa;

Qala qəsəbəsində 265 ha badam bağı;

“Premium Bank” ASC-də (keçmiş "Silkyway") səhmlərin 29,085 faizi;

Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;

SOROKA LIMITED (Londonda);

Londonda 18.4 milyon dollar aktivləri olan "GAZELLI INTERNATIONAL LIMITED" şirkəti;

Londonda 41 milyon dollar aktivləri olan GAZELLI ART HOUSE LIMITED;

Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə "GAZELLİ" gözəllik və masaj salonları şəbəkəsi;

Londonda "C3 – CIII LIMITED" şirkəti

Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;

Londonda "SET INTELLIGENCE LIMITED" şirkəti;

Azərbaycanda "GAZELLİ GROUP"

İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);

İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);

Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;

ASC HANDLING LIMITED (Londonda);

AS582 LIMITED (Londonda);

Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED" şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);

ICLEVERWEB LTD (Londonda);

SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);

Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 milyon dollar);

SW ITALIA SRL (illik dövriyyəsi 7 milyon dollar);

İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);

SEDITION LIMITED (London)

Qeyd: Varidat siyahısı internet resurslarından açıq mənbələrdən əldə edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205408