“Əsgər heç kimin dədəsinin qulu deyil...” - Sərt reaksiya

2023-01-25 13:34:00

“Əsgər heç kimin dədəsinin qulu deyil...” - Sərt reaksiya

“Səslənən fikirlər məhkəmədə təsdiqini tapsa, şiddətlə qınayanlar arasında mən də olaram. Hərbi qulluqçu öz vəzifə borcunu yerinə yetirməlidir. Gizir, çavuş, zabit heç kimin dədəsinin qulu və yaxud fəhləsi deyil ki, xidmət vaxtı gedib kiminsə qapısında işləsin. Kim ki vəzifə səlahiyyətlərindən sui-istifadə edib, onlar ən sərt şəkildə cəzalandırılmalıdır. Kimliyindən asılı olmayaraq, bu cür şəxslərn bir gün belə olsun güc strukturlarında qalmasının tərəfdarı deyiləm”. 

Hurriyyet.az xəbər verir ki, bu sözləri Bakupost.az-–a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik, təhsil-tədris və elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin cinayət işi ilə bağlı danışarkən deyib. 

O bildirib ki, hüquq-mühafizə orqanları, hərbi prokurorluq bu kimi hallarla çox ciddi mübarizə aparmalıdır: 

“Belə hallar ictimailəşdirilməli, belə hallara yol verən general, polkovnik və digər rütbəli zabitlər ifşa edilib məsuliyyətə cəlb olunmalıdır”.

“Şlyapa Zahid”in sözügedən əmələrində keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əlinin olub-olmaması barədə suala isə polkovnik belə cavab verib:

“Bu adam 23 il Azərbaycanda Baş Qərargah rəisi vəzifəsində olub, mən də onun dövründə xidmət etmişəm. Kim-kimin adamı olub, deməkdə çətinlik çəkirəm. Bunu demək üçün əlimdə ciddi əsas olmalıdır. Əgər bu hadisələr Nəcməddin Sadıkovun tabeliyində olarkən baş veribsə, o da bilavasitə məsuliyyət daşıyır. Ümumilikdə isə xidməti vəzifələrinin icrasında səhlənkarlığa yol verənlərin rəisləri məsuliyyət daşıyırlar. Nəyin necə olması məsələsini isə hüquq-mühafizə orqanları araşdırmalıdır. Məhkəmədə hər şey sübut olunandan sonra artıq konkret fikir demək olar ki, “Şlyapa Zahid”lə yanaşı, digər şəxslərin də məsuliyyəti olub, yaxud olmayıb”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.213292