Əsədov işdən çıxmasından danışdı: Telefonum susmur

2022-06-14 11:35:00

Əsədov işdən çıxmasından danışdı: Telefonum susmur

Telefonum gün ərzində susmayıb. Mən çox xoşbəxt insanam ki, son yaş həddinədək polis orqanlarında şərəf və vicdanla dövlətimizə, insanlarımıza xidmət etmək imkanım oldu. Məhz buradan təqaüdə göndərilməyin özü hər kəsə nəsib olmayan böyük xoşbəxtlikdir.

Hurriyyet.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilməsilə bağlı açıqlamasında deyib.

V.Əsədov bundan sonra hər hansı fəaliyyətinin olub-olmayacağı sualını belə cavablandırıb:

"Hazırda təhvil-təslim prosesini yekunlaşdırmağa çalışıram. Yaxın günlərdə bu barədə mediaya açıqlama verəcəyəm".

publika.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya