Əsəddən Türkiyə açıqlaması: münasibətlər yumşalır?

2022-11-19 12:47:00

Əsəddən Türkiyə açıqlaması: münasibətlər yumşalır?

Suriya Prezidenti Bəşər Əsəd ölkəsinin Türkiyə ilə münasibətlərini dəyərləndirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Haber7.com" saytı məlumat yayıb.

Keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Əsəd Suriyanın mövqeyini əsas götürərək bölgədəki imperialist müdaxilələrə və terrora diqqət çəkib:

"Suriya və Türkiyə tez bir zamanda masaya oturmalıdır. Tərəflər ilk olaraq kəşfiyyat səviyyəsində danışıqlara başlamalıdır. Daha sonra isə əlaqələrin siyasi əməkdaşlığa və güc ittifaqına çevrilməsi vacibdir".

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlamasında siyasətdə əbədi olaraq küsülü qalmağın mümkün olmadığını deyib:

"Hazırda Türkiyə olaraq bu məsələlərdə çətinlik çəkdiyimiz ölkələrlə münasibətlərə yenidən baxa bilərik".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.160046