Saat:03:04
Haqqımızda

Əsəd ordusu müxaliflərin ələ keçirdiyi şəhərləri bombalayır - 400-dən çox ölən var (FOTOLAR)

2024-12-02 16:30:20

Əsəd ordusu müxaliflərin ələ keçirdiyi şəhərləri bombalayır - 400-dən çox ölən var (FOTOLAR)

Noyabrın 27-dən Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar Hələb və İdlibdən sonra Tel Rıfatı ələ keçirərkən gözlənilməz əks-hücumla qarşılaşıb. 

Hurriyyet.az xəbər verir ki, Əsəd rejiminə aid döyüş təyyarələri müxaliflərin nəzarətində olan İdlib və Hələbə bomba yağdırıb.

Türkiyə sərhədində baş verən qanlı toqquşmalarda 412 nəfər həlak olub: "Hava hücumunda çox sayda mülki insanlar da ölüblər. Bölgədən gələn görüntülər bombalanmanın dəhşətini artırırciddiliyini ortaya qoyub".

Xatırladaq ki, Türkiyınin birbaşa dəstəkədiyi Suriya Milli Ordusu (SMO) Tel Rıfat şəhərini ələ keçirib: "Hazırda SMO-nun PKK/YPG-yə qarşı  “Azadlıq Şəfəqi” əməliyyatı davam edir. 

Onu da da bildirək ki, Bəşər Əsəd ötən gün Ərdoğanla görüşə hazır olduğunu deyib.
MİA.AZ