Saat:18:43
Haqqımızda

Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? – Qiymətlər

2025-03-18 14:03:48

Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? – Qiymətlər

Bu ilin ilk 2 ayı ərzində xarici ölkələrdən Azərbaycana 414 milyon 765 min dollar dəyərində yeyinti məhsulları gətirilib.

Hurriyyet.az bildirir ki, yanvar-fevral aylarında dəyər ifadəsində ən çox meyvə-tərəvəz, miqdar ifadəsində isə ən çox buğda idxal olunub.

Belə ki, bu ilin ilk 2 ayında Azərbaycana xarici ölkələrdən 65,9 milyon dollar dəyərində 88 min ton meyvə-tərəvəz, 40,5 milyon dollar dəyərində 187,6 min ton buğda gətirilib.

Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 1,27 manat, buğdanın 1 kiloqramının gömrük dəyəri isə 38 qəpik olub.

Bunlardan başqa, idxal olunan:

- ətin 1 kiloqramının dəyəri 3,6 manat, 

- süd və qaymağın 1 kiloqramının dəyəri 2,4 manat, 

- kərə yağının 1 kiloqramının dəyəri 11,7 manat,

- çayın 1 kiloqramının dəyəri 10,4 manat,

- bitki yağlarının 1 kiloqramının dəyəri 2,6 manat,

- düyünün 1 kiloqramının dəyəri 1,65 manat olub.

Yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.172966