Saat:01:08
Haqqımızda

Ermənistanla Yunanıstan hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

2025-05-06 14:45:52

Ermənistanla Yunanıstan hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanla Yunanıstanın müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana işgüzar səfəri çərçivəsində Yunanıstanın müdafiə naziri Nikos Dendias ilə görüşüb.
Görüşdə Ermənistanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan da iştirak edib.
Görüş zamanı Ermənistanla Yunanıstanın müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı fəaliyyətin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə edərək, hərbi təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, müxtəlif istiqamətlərdə və digər sahələrdə təcrübə mübadiləsinin aparılmasına hazır olduqlarını vurğulayıblar.
Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə edilib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.373868